Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində yaradılmış Milli Müdafiə Universitetinə prorektor təyin olunub. Müdafiə naziri Zakir Həsənovun müvafiq əmrinə əsasən, bu vəzifəyə I və II Qarabağ müharibəsinin fəal iştirakçısı, polkovnik Məmmədov Elnur Temir oğlu təyin edilib. Qeyd edək ki, Elnur Məmmədov 1968-ci il noyabr ayının 10-da Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Kiçik yaşlarından hərb sahəsinə marağı olan Elnur orta məktəbi bitirdikdən sonra həvəslə hərbi xidmətə gedib. Hərbi xidmətini nümunəvi yerinə yetirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. 1996-cı ilə kimi hərbi hissə komandirinin müavini, 1996-2001-ci illərdə "N" saylı hərbi hissələrdə hərbi hissə komandiri vəzifəsində çalışıb. 2001-2002-ci illərdə isə Bakı Ordu Korpusunun komandirinin maddi-texniki təminat üzrə müavini kimi fəaliyyətini davam etdirib. Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Vətən müharibəsi zamanı Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsində işləyib. Azərbaycanın mərd, qeyrətli oğlu Elnur Məmmədovu yeni şərəfli peşəyə təyin edilməsi münasibətilə təbrik edir, ona işlərində uğurlar arzulayırıq. Təbrik edirlər: Allahverən Kərimov, Lamiyə Qarayeva, Qalib
Bəyməmmədoğlu